Bəzi insanlar bazardan aldıqları meyvə-tərəvəzi ölçülərinə görə ayırarkən, bəziləri isə bu qidaların bir-bir yuyulub istehlak edilməli olduğunu düşünür. Elələri də var ki, bəzi qidaların yuyulmaması lazım olduğuna diqqət yetirmirlər.

 Bəs hansı qidalar yuyulmalı, hansılar yuyulmamalıdır?

 Foodinfo.az yuyulmalı və yuyulmamalı qidaları təqdim edir:

1- Yumurta yuyulmamalı

Bazardan, marketdən gələn kimi yumurtaları yuyub soyuducuya qoymaq yumurtaya zərər verə və ondan alacağınız faydanı almamağınıza səbəb ola bilər. Buna görə də yumurtaları istehlak etməzdən bir az əvvəl yumaq ən yaxşısı hesab olunur.

2- Çiy ət yuyulmamalı

Bəzi insanların fikrincə, ət məhsullarını yumadan yemək çox zərərlidir, bəziləri üçün isə yuyulduqdan sonra yemək zərərlidir. Bəs bunlardan hansı düzgündür? Əti yuyarkən əlinizə və mətbəxinizə keçən bakteriyaların verdiyi zərər, onu yumadan istehlak etməkdən çox daha zərərlidir. Marketlərdən və qəssablardan alınan ətlərin yuyulmaması tövsiyə olunur.

Ətin üzərindəki gözə görünməyən bakteriyalar insan sağlamlığı üçün çox zərərli olduğundan əti doğramaq üçün istifadə etdiyiniz bıçaq və lövhələri işiniz bitdikdən sonra yaxşıca yumağı unutmayın.

3- Soğan yuyulmamalı

Soğanlar qabıqla örtüldüyü üçün onları yumağa ehtiyac yoxdur. Ancaq onların üzərində kir və ya torpaq varsa, onları tez yuya bilərsiniz. Lakin unutmayın ki, bunun üçün heç bir sabuna ehtiyacınız yoxdur, onu birbaşa su ilə təmizləyə bilərsiniz.

4- Göbələk yuyulmamalı

Göbələkdə torpaq yoxdursa, dərhal bıçağın və ya salfetin arxası ilə göbələyi təmizləyib yemək bişirməyə başlaya bilərsiniz.

5- Düyü yuyulmamalı

Analarımızdan öyrəndiyimiz məlumat ondan ibarət idi ki, düyü nişastası boşalana qədər yuyulmamalı və sonra qaynar suda saxlanmalıdır. Ancaq həqiqət budur ki, nişasta bitənə qədər düyünü yumamalıyıq, düyünü qaynar suya atıb 5 dəqiqədən sonra suyu süzüb düyüyə təzə su əlavə edib gözləmək lazımdır. Bu formada düyünün çox daha sağlam olacağı düşünülür.

6- Göyərtilər yuyulmalı

Mətbəxdə yuyulmalı olduğuna inandığımız əsas şeylərdən biri və ən əsası göyərtilərdir. Süfrələrimizin vazkeçilməzləri olan bütün göyərtilər diqqətlə yuyulmalıdır. Bu qidalar torpaqda bitdiyi üçün üzərində kir, qum və toz çox olur. Odur ki, mütəxəssislər deyirlər ki, əvvəlcə bütün göyərtiləri soyuq suda yuyub, sonra çirki dibinə çökənə qədər sirkəli suda islatmaq lazımdır.

7- Qurudulmuş meyvələr yuyulmalı

Mütəxəssislərin fikrincə, qurudulmuş meyvə və qoz-fındıqların yuyulması, hətta bəzi hallarda sobada qızardılması lazımdır. Bunun səbəbi həmin məhsulları aldığınız yerlərdə məhsulların xarab olmaması üçün görülən kimyəvi tədbirlərdən qidaların təmizlənməsidir.

9- Konservləşdirilmiş tərəvəzlər yuyulmalı

Tərəvəz konservləri, göyərti kimi hamımızın yuyub istehlak etdiyimiz qidalardır. Mütəxəssislər bunun səbəbini belə izah edirlər: "Konservlərdə duz və nişastanın çox olması orqanizm üçün çox dəmir qəbulu deməkdir. Ona görə də konservləşdirilmiş qidalar yuyulub istehlak edilməlidir".

10- İçki qabları yuyulmalı 

Təbii ki, hamımız bilirik ki, çöldən alınan plastik, konserv və ya şüşə butulkaların yuyulması lazımdır. Daşındığı anbarlardan əldən-ələ dövr edən bu məhsullar stolun üzərinə qoyulmadan əvvəl mütləq təmizlənilməsi lazım olan məhsullar sırasındadır.