Azərbaycan 2022-ci ildə xaricə zəfəran ixracını əvvəlki illə müqayisədə 3 dəfə artırıb.

Foodinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə xarici ölkələrə 10 kiloqram zəfəran ixrac edilib. İxracın ümumi dəyəri 7560 dollar təşkil edib. Bu hesabla 1 kiloqram zəfəranın ixrac qiyməti 756 dollar təşkil edib.

2022-ci illə müqayisədə zəfəranın ixracı miqdar baxımdan dəyişməsə də, qiymət və ümumi məbləğ baxımından 3 dəfə artıb.

Belə ki, 2022-ci ildə Azərbaycandan xaricə 20 kiloqram zəfəran ixrac edilib, ixracın ümumi dəyəri 2 250 dollar təşkil edib, bu hesabla 1 kiloqram zəfəranın ixrac qiyməti 112 dollar olub.