"INVITRO" şirkətinin həkim-endokrinoloqu Yelena Prokopenko çox gec və bol miqdarda  şam yeməyinin şəkərli diabetə səbəb olma riski barədə xəbərdarlıq edib. Lakin onun fikrincə, şam yeməyindən tamamilə imtina etmək də düzgün deyil.

Bədənin metabolik sistemi gün ərzində fəaliyyətə və qida qəbuluna, gecə isə istirahət və aclığa köklənib. Sağlamlıq və həyat keyfiyyəti bu proseslərin sinxronlaşmasından asılıdır.

Endokrinoloq gecə vaxtı qidalanmanın normadan kənar bir sıra proseslərə səbəb olduğunu izah edib:

“Axşam saat 20:00-dan sonra yemək, yuxunun vaxtından və müddətindən asılı olmayaraq, piylənmə riskini artıra bilər. Orta yaşlı insanlar arasında aparılan araşdırmanın nəticələrinə görə,  gec yeyənlərin bədən kütlə indeksi (BTİ), yağ kütləsinin faizi və bel ölçüsü erkən yemək yeyənlərdən daha çoxdur".

Nərmin