
Dietoloq və tibb elmləri namizədi Yelena Solomatina ananasın tərkibində C vitamininin yüksək olmasından danışıb. Foodinfo.az xəbər verir ki, mütəxəssis Radio 1- ə müsahibəsində qeyd edib ki, bu meyvənin tərkibində C vitamini ilə yanaşı, virus xəstəlikləri ilə mübarizə aparan karotenoidlər var.
"O, həmçinin B vitaminləri, kalium və maqnezium ehtiva edir - bu, ürək-damar sistemini gücləndirir və qan təzyiqini aşağı salır və sakitləşdirici təsir göstərir" - deyə həkim bildirib.
Mütəxəssisin fikrincə, ananası yeməkdən sonra desert kimi yemək daha yaxşıdır.