Bu ilin yanvar ayında Azərbaycan, Tacikistan və Özbəkistandan olan şərnişinlər Surqut hava limanında dövlət sərhədindən keçid məntəqəsindən 152 kq-dan çox olan bitki mənşəli məhsulları (limon, naringi, alma, heyva, təzə nar, təzə sarımsaq, quru üzüm, quru ərik, qoz-fındıq, düyü) Rusiya ərzisinə keçirmək istəyib.

Foodinfo.az xəbər verir ki, bu haqda Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.

Bildirilir ki, bu məhsullar sahiblərinin razılığı ilə hava limanının xüsusi sobasında yandırılaraq məhv edilib. Yükün sahibləri inzibati məsuliyyətə cəlb olunublar.

Yanvar ayında "Rosselxoznadzor"un Tümen vilayəti, Yamalo-Nenets və Xantı-Mansiysk Muxtar Dairələri üzrə İdarəsi Surqut hava limanında Rusiya Federasiyasının dövlət sərhədindən keçid məntəqəsində karantin fitosanitar nəzarəti zamanı 29 beynəlxalq reysə nəzarət edib. Sərnişinlərin əl yükünün və baqajının yoxlanılması zamanı bitki karantini qanunvericiliyində məsuliyyət nəzərdə tutulmuş 21 pozuntu faktı aşkar edilib.