Adətən plastikdən hazırlanan elektrik çaydanlar paslanmayan poladdan və ya şüşədən hazırlanmış oxşar modellərdən daha ucuzdur. Bəs bu "qənaət" sağlamlığınız üçün təhlükəsizdirmi?

Foodinfo.az-ın məlumatına görə, bir sıra elmi araşdırmalar göstərir ki, qızdırılan zaman elektrik çaydanlarının hazırlandığı plastik müxtəlif elementləri suya buraxa bilir. Bu elementlər zərərli olmasa belə, faydalı da deyil. Lakin çaydan yüksək keyfiyyətli plastikdən hazırlanırsa, qızdığı zaman buraxılan maddələrin miqdarı və onların mümkün zərərləri minimum səviyyədə qalır.

Plastikin təhlükələri ilə bağlı sualın cavabı həm də çaydanın istehsalında hansı polimerdən istifadə olunduğundan asılıdır: polipropilen ya polikarbonat. Birincisi daha ucuz və daha təhlükəli hesab olunur. Belə ki, polipropilen + 100 ° C-dən yuxarı temperaturda uzun müddət qızdırılsa, sağlamlıq üçün təhlükəli olan formaldehid buraxılmağa başlaya bilər.

Polikarbonatın özü daha təhlükəsiz və istiliyə daha davamlıdır. Çox vaxt belə plastik qida qablaşdırmasında istifadə olunur. Qızdırıldıqda minimum miqdarda zərərli maddələr buraxır. Bundan əlavə, belə çaydanlar daha az qoxu verir və suyun dadını o qədər də dəyişmir.

Çaydanların hazırlanmasında istifadə oluna biləcək ən təhlükəli maddələrdən biri də melamindir. Möhkəmliyi və istiliyə davamlılığı artırmaq üçün bu maddə təkrar emal edilmiş plastikə əlavə olunur. Qızdırıldıqda, bu maddə suya kanserogen buraxa bilər. 

Fərid