
Prosesin daha səmərəli həyata keçirilməsi məqsədi ilə Agentlik tərəfindən Abşeron rayonu, Bakı və Bakı ətrafı ərazilərdə feremonlu tutucu tələlərin istifadəsinə başlanılıb. Prosesə iri təsərrüfat sahələrinin sahibləri ilə yanaşı, həyətyanı sahələrin sahibləri də cəlb olunub.
Qeyd edək ki, polifaq zərərvericilərdən olan Aralıq dənizi meyvə milçəyi dünyanın bir çox ölkələrində -Türkiyə, Albaniya, Əlcəzair, Fransa, Yunanstan, Almaniya, İsveç, Avstriya, Belçika. Niderland və s. daha geniş yayılıb. 200-dən artıq meyvə, giləmeyvə və tərəvəz bitkilərinə zərər vurmaq potensialına malik olan bu zərərverici meyvələrin, əsasən, lətli hissəsi ilə qidalanır, məhsuldarlığın kəskin aşağı düşməsinə səbəb olur.


