
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Kampaniya çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, “AzProtein Foods” MMC-nin sədri Vüsal Qafarlı heyvanlara baytarlıq nəzarətinin əhəmiyyətindən və bunun insan sağlamlığına təsirlərindən bəhs edir.
“Fermadan süfrəyə” prinsipi üzrə izlənilmə sistemlərinin rəqəmsallaşdırılması heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, qarşısının alınmasına və məhsulun mənşəyinin tam şəffaf şəkildə izlənilməsinə şərait yaradır.
Heyvanların identifikasiyası və qeydiyyatı sistemi vasitəsilə hər bir heyvana hansı vaksinlərin, baytarlıq preparatlarının tətbiq edildiyi və digər mühüm məlumatlar dəqiq şəkildə qeydə alınır və izlənir.
Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Videoçarxla link vasitəsilə tanış ola bilərsiniz.
