Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Tovuzda bir ailənin üç üzvünün zəhərlənməsi barədə yayılan məlumatlarla bağlı araşdırmalara başlayıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
"Hazırda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-NIN mütəxəssisləri tərəfindən araşdırmalar aparılır. Araşdırmanın nəticələri ilə bağlı ətraflı məlumat veriləcək", - qurumdan bildirilib.
Qeyd edək ki, yayılan məlumatlara görə zəhərlənən ailə üzvləri bayramdan qalan salatı yedikdən sonra zəhərləniblər.