Dünyanın ən böyük qida şirkətinin reytinqi pisləşib. Beynəlxalq kedit reytinqi agentliyi "Moody's Investors Service" "Nestle S.A" şirkətinin reytinqinin (Aa2) proqnozunu "sabit"dən "neqativ"ə endirib. Agentliyin analitikləri hesab edirlər ki, yeni razılaşması çərçivəsində "Nestle"nin "Starbucks"şirkətinə  7.15 milyard dollar ödəniş etməsi onun maliyyə vəziyyətini pisləşdirəcəkdir. Xəbər verdiyimiz kimi, "Nestle", "Starbucks" məhsullarını qlobal miqyasda ticarətini aparmaq üçün 7.15 milyard dollar dəyərində müqavilə imzalayıb.  İsveçrənin qida nəhəngi "Nestle", bu müqavilə ilə "Starbucks" məhsullarını "Starbucks" mağazaları xaricində satmaq hüququ qazanıb. (Marja.az)