Fransanın ərzaq nəhəngi “Danone” Azərbaycanın “Balxurma” şirkətinin istehsalı olan quru meyvələri istifadə edəcək.
Bunu şirkətin biznesin inkişafı və insan resursları departamentinin rəhbəri Elnur Sadıqov deyib.
E.Sadıqovun sözlərinə görə, hazırda “Danone” şirkəti ilə danışıqlar aparılır. “Şirkət yoqurt istehsalında Azərbaycan quru meyvələrini istifadə etməyi planlaşdırır. Onların standartlarına uyğun olmaq üçün biz Balakən şəhərindəki müəssisəmizdə yeni avadanlıq quraşdırmağı planlaşdırırıq. Müqavilənin 2019-cu ildə imzalanması nəzərdə tutulur”.
Qeyd edək ki, “Balxurma” şirkəti 2016-cı ildə fəaliyyətə başlayıb. Şirkətin həftəlik istehsalat gücün 20 ton təşkil edir. Hazırda şirkətdə 100-ə yaxın işçi çalışır. (Trend)
Son xəbərlər
- Diyetoloq şişkinliyin altı gizli səbəbini açıqlayıb
- Aşağı kalorili pəhrizin zərərli olmasının 7 səbəbi
- Həkim göbələklərin niyə təhlükəli ola biləcəyini izah etdi
- Ürəyi qoruyur və beyin fəaliyyətini yaxşılaşdırır
- 30 saniyədə miqrendən necə qurtulmaq olar
- Səfərə çıxmazdan əvəvl bunları mütləq edin