Bu ilin dörd ayı ərzində Azərbaycanda şəkər istehsalı 85,3% azalıb. Beləliklə, ölkə tamamilə şəkər idxalından asılıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-aprel aylarında 12,5 min ton şəkər və şəkər tozu istehsal edilib. İstehsal göstəricilərinin kəskin azalmasının səbəbini nə DSK, nə də istehsalçılar şərh edir. Əvvəllər "Azərsun Holdinq" MMC-də bildiriblər ki, ki, onlara məxsus olan İmişli şəkər zavodu qiymət seqmentində idxalçılarla rəqabət apara bilmir.
Dövlət Gömrük Komitəsi xarici ticarət əməliyyatlarının üç aylıq göstəricilərini açıqlayıb. Ona əsasən, xaricdə (Ukrayna və Rusiya) 17 437,6 ton şəkər alınıb. Bu dövrdə Azərbaycanın ixrac həcmi 7 min 555 ton, istehsal 6,8 min ton olub. (Turan)
Son xəbərlər
- "Mənfi" kalorili qidalar hansılardır?
- İspaniyada ilk dəfə insanlarda siçovul hepatiti aşkar edilib
- Azərbaycanda kənd təsərrüfatı və qida sərgisi keçirilir
- Yuxu üçün ən yaxşı və ən pis qidalar
- Bu meyvələr soyuqdəymə ilə mübarizə aparmağa kömək edir
- Bəşəriyyət lazım olduğundan çox ət yeyir - alimlər