Azərbaycan şirkətləri Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendi ilə təmsil olunur. Bu barədə Foodinfo.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə meyvə şirələri, konservləşdirilmiş məhsullar, fındıq, qənnadı məmulatları, çay, zəfəran, quru meyvə istehsalı və s. sahələrdə fəaliyyət göstərən 17 Azərbaycan şirkəti milli pavilyonda öz məhsullarını nümayiş etdirirlər. S ərgi ziyarətçiləri Azərbaycan məhsullarına, o cümlədən qurudulmuş xurma, spirtli içkilər, fındıq məhsullarına və s. böyük maraq göstərirlər. Qeyd edək ki, 2002-ci ildən Şanxay şəhərində təşkil edilən “SİAL CHİNA“ Beynəlxalq Ərzaq Sərgisi ən böyük ərzaq sərgilərindən hesab olunur. Bu il Sərgi iştirakçıları üçün 21 sektordan ibarət 11 sərgi salonu təqdim edilir. Sərgidə 80 mindən çox ziyarətçinin iştirakı gözlənilir.