"Azərbaycanın süd istehsalçıları Rusiya, Qazaxıstan və digər ölkələrin süd bazarında yer tutmaqda çətinlik çəkir". Bunu  Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyinin sədri Samir Eyyubov deyib. O, bu sahədə ixracın mövcud olduğunu, lakın lazımi səviyyədə olmadığını bildirib: "Rusiya Türkiyə məhsullarına sanksiya tətbiq etdikdən sonra bazarda boşluq yaranda da, Azərbaycan məhsulları həmin boşluğu doldura bilməyib. Belarus məhsulları bazarda üstünlüyü ələ keçirib". İctimai Birlik rəhbəri buna əsas kimi, yerli südün maya dəyərinin yüksək olmasını göstərib. "Maya dəyərini azaltmaq üçün Kənd Təsərüfatı və İqtisadiyyat Nazirlikləri ilə ortaq proqram hazırlamaq istəyirik. Bu gün fermerlər ziyanla işləyir. Emalçılar südü daxili bazarda yüksək qiymətə satdığı üçün xarici məhsullar bazara daxil olur. Çünki süd bahalı olduqda bazarda boşluq yaranır. Üstəlik məhsulu ixrac etmək də olmur", - deyə o, əlavə edib.  (Report)