Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir.

Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.

Kampaniya çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, “Avromed Company” QSC-nin Baş icraçı direktoru Kamran İsgəndərov bioloji aktiv qida məhsullarının təhlükəsiz dövriyyəsi və düzgün istifadəsinin vacibliyinə diqqət çəkir.

O bildirir ki, vitamin kompleksləri, balıq yağı, probiotik və kollagen tərkibli məhsullar gündəlik həyatımızın bir hissəsinə çevrilib. Bu cür məhsullar qida rasionunu tamamlayır, lakin onu əvəz etmir. Buna görə də sağlam seçim etmək üçün yalnız rəsmi qeydiyyatdan keçmiş və etibarlılığı sübut olunmuş məhsullardan istifadə edilməlidir.

Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!