Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, 11 oktyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 35 ticarət müəssisəsi və 31 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 30 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 29, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 20 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Son xəbərlər
- Dəridə kiçik bir dəyişiklik diabetin erkən əlaməti ola bilər
- Eşitmə itkisi riskini azaltmaq üçün üç əsas yol
- Ekspert hovuz yaxınlığında ayaqyalın gəzməyin gözlənilməz risklərindən danışıb
- Mütəxəssislər dırnaqlarda ağ ləkələrin görünməsinin səbəblərini açıqlayıblar
- Diyetoloqlar dəmir çatışmazlığının 7 əlamətini sadalayıb
- Qida zəhərlənməsi insan intellektinə ciddi təsir edir