Dörd britaniyalı yeniyetmə Metti Harris, Zak Bertoççi, Noa Gibson və Skott Kempbell Bostonun "CharlieCard" kimi tanınan metro sisteminə müdaxilə edərək pulsuz gediş əldə etməyin yolunu kəşf ediblər.

Foodinfo.az xəbər verir ki, yeniyetmələr 2008-ci ildə hakerlərin etdiklərini təkrarlamaqla yanaşı, həm də bu hücumu təkmilləşiblər. 

Belə ki, 15 il əvvəl bir qrup MIT (Massachusetts Institute of Technology) tələbəsi Boston metrosunda pulsuz gəzinti metodu haqqında danışmağı planlaşdırsalar da, Massaçusets Transport İdarəsi (MBTA) tərəfindən məhkəməyə verilmişdilər. Lakin 2023-cü ilin yeniyetmələri belə problemlərlə üzləşmədilər.

Onlar "CharlieCard"a istənilən məbləği əlavə edə və ya onun parametrlərini dəyişə bilən portativ “terminal” yaradıb və bir toxunuşla gediş haqqı əlavə edə bilən "Android" tətbiqi hazırlayıblar.

Buna baxmayaraq, MBTA onları məhkəməyə vermədi və heç bir əngəl yaratmadı, əksinə, nəqliyyat departamenti onları aşkar edilmiş zəifliklər haqqında təqdimatda çıxış etməyə  dəvət etdi.

Natəvan