Orqanizm üçün suyun nə qədər vacib rol oynadığını hər birimiz bilirik. Ancaq suyun istifadə qaydası və vaxtı orqanizm üçün mühüm rola malikdir. Məsələn, Yaponiyada yemək yeyərkən su içmək qadağandır, bəs buna səbəb nədir? Foodinfo.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. 

Xüsusən qatı və ağır yeməkləri yedikdən sonra su və qazlı içkilər içmək fəsadlar yarada bilər. Hətta yeməkdən əvvəl içilən suyun da həzmi çətinləşdirdiyi qeyd olunur. 


Həzm sistemindəki problemlə yanaşı yemək zamanı su içmək ağızda quruluq probleminə gətirib çıxara bilər. Yemək yeyərkən su içmək həmçinin çəki almağınıza səbəb ola bilər.

Nurlan