Səndviç bütün dünyada populyar olan universal yemək növüdür. Onun dünyada yüzlərlə növü var.

Foodinfo.az xəbər verir ki, «Taste Atlas» saytı qida sənayesi mütəxəssisləri və tənqidçilərinin köməyi ilə dünyanın ən dadlı sendviçlərinin reytinqini hazırlayıb.

Türkiyə yeməyi - dönər kababın bir növü olan və dairəvi çörəkdə verilən «Tombik dönəri» –dünyanın ən dadlı sendviçi seçilib.

5 xaldan 4,7 xal toplayan «Tombik dönər» bu siyahıda Çilidə donuz ətindən hazırlanan «Butifarra» sendviçini, Argentinanın «sendviç de lomo» qidasını (yəni steyk), Nyu-Yorkun «Spedie» adlı məşhur ətli bulkasını və Vyetnamlıların donuz sinəsindən hazırladığı «Banh Mi» sendviçini geridə qoyub. Bütün bu sendviçlər 5-dən 4,6 toplayıb.