Qadınların fiziki və zehni sağlamlığına fayda verən qidalar açıqlanıb. Bu barədə Foodinfo.az “Cümhuriyyet”ə istinadən xəbər verir. 

Türkiyəli dietoloq Nilay Keçecinin sözlərinə görə, soğan və sarımsaq qadın bədəninin gücünü artıracaq qidalardır. Soğandan istifadə qadınlarda döş xərçənginin yaranma ehtimalını azaldır. Tərkibindəki flavonol xərçəng əleyhinə təsir göstərir. 

Dietoloq bildirib ki, qaragilə qadınların zehni sağlamlığını artırmağa yardım göstərir. Yüksək miqdarda antioksidan tərkibli qaragilə həm də sağlam hüceyrələri qoruyur. Bu giləmeyvə eyni zamanda qan təzyiqini azaltmağa kömək olur, infarkt riskini azaldır. 

Qeyd olunur ki, həmçinin pomidor da gündəlik qaydada istifadə olunmalıdır. 

Bununla yanaşı yeməklər rəngarəng olmalı, qadınlar ideal çəkiyə düşməli və bunu qorumalıdırlar. Həftədə üç dəfə idmanla məşğul olmaq, şəkər və duzu azaltmaq vacibdir.

Fərid