Dünyaca məşhur amerikalı aktyor, rejissor və prodüser Liv Şrayber “World Central Kitchen” xeyriyyə təşkilatının layihəsi çərçivəsində ukraynalı qaçqınlar üçün yemək hazırlamağa kömək edir.
Foodinfo.az xəbər verir ki, bu barədə o, instaqram səhifəsində bildirib.
Bunun üçün aktyor Ukrayna-Polşa sərhədinə gedib. O, 1500 nəfər üçün borş hazırlayıb.
Yemək hazırlayarkən əlini kəsən Şrayber bunun onun üçün özünəməxsus bir işarə olduğunu deyib.
Qeyd edək ki, L. Şrayberin anası yəhudidir. Onun əcdadları Polşa, Ukrayna və Almaniyadan mühacirət edib.