Ekspertlərin fikrincə bəzi qida məhsullarını düzgün şəkildə qəbul etdikdə onların orqanizmə faydaları da artır.
Bu barədə Foodinfo.az “Milliyet”ə istinadən xəbər verir. 


Məsələn banan B və C vitaminləri ilə zəngindir. Onun tərkibində həmçinin maqneziyum və kalium da vardır. Bütün bu maddələrdən yararlanmağın isə bir yolu var o da bananın qabığı ilə meyvə arasındakı nazik ipə bənzər liflərdən istifadə etmək. 


Pomidoru bişirmək ilk növbədə yaxşı səslənməsə də, ekspertlər qeyd edirlər ki, bu məhsul bişdikdən sonra xərçənglə vuruşan likopen maddəsini daha artıq ötürür. 


Alma və portağalı isə qabıqlı yemək daha yaxşı olardı. Belə ki, alma qabığı ürəyimiz və beynimiz üçün faydalı olan korsetin antioksidantı ilə zəngindir. Portağal qabığı isə xolesterolu azaldan və ürəyi qoruyan flavon adlı birləşmələrə sahibdir. Elə kartofu da qabıqlı yemək orqanizmə daha çox zülal və vitamin təmin edir. 
Soğan və sarımsaqları əzmək və doğramaq isə daha məqsədəuyğundur. Belə ki, həmin vaxt allisin adlı maddə ortaya çıxır. Bu maddə bir çox xəstəliklərdən qorunmağımıza imkan yaradır.