Timsahlar çaya düşən itin sahilə çıxmasına kömək edib. Qeyri-adi hadisə barədə “Journal of Threatened Taxa” elmi nəşri məlumat yayıb.

Hindistanda sahibsiz it onu təqib edən it sürüsündən qaçmaq üçün Savitri çayına atılıb. Bir neçə böyük timsah olduğu çayda heyvan özünü daha da böyük təhlükə altındaatıb. Lakin sürünənlər itə hücum etməyib, onu burunları ilə sahilə doğru itələməyə başlayıblar. Nəticədə sudan sağ-salamat çıxan it xilas olub.

Bu məsələ alimlərin diqqətini çəkib. Tarixi öyrəndikdən sonra onlar timsahların “mehriban” olduqları qənaətinə gəliblər. Dərc olunmuş məqalədə müəlliflər iddia edirlər ki, itin xilas edilməsi timsahların emosional zəkanın başlanğıcına malik olduğunu göstərə bilər.

Fərid