BMT Beynəlxalq Atom Enerjisi Agentliyi Liviyada təxminən 2,5 ton uran filizinin yoxa çıxdığını açıqlayıb. Bu barədə Foodinfo.az BBC-yə istinadən xəbər verir. 
Yoxa çıxan uran təhlükəsizlik problemləri ilə yanaşı radioloji narahatlıqlar da yaradır.

BAEA yoxa çıxan uranla bağlı araşdırma başladıldığını açıqlayıb. Belə ki, uranın nə zaman yoxa çıxdığı bəlli deyil, çünki qurumun müşahidəçiləri ötən il əraziyə baş çəkmək istəsə də, hərbi əməliyyatlar səbəbilə bu mümkün olmamışdı.

Fərid