Fevral 27-də saat 12:00-dan 20.00-dək Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə kiçik sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçiriləcək. Bu barədə Foodinfo.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yarmarkada kiçik sahibkarların əl işləri (suvenirlər, oyuncaqlar, ağacdan oymalar), bal məhsulları, müxtəlif növ qablaşdırma məhsulları və s. nümayiş olunacaq və satışı həyata keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.