“Araz Supermarketlər” şəbəkəsi fevralın 21-də Bakı şəhəri, Xəzər rayonu, Zaqulba qəsəbəsi, R.İmanov küçəsində yeni filialının açılışını edəcək. Bu barədə Foodinfo.az-a “Araz Supermarketlər” şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Yeni açılacaq filialda açılışla əlaqədar xüsusi endirimlər mövcuddur. Bundan başqa, 19 fevral tarixindən start götürən və 4 mart tarixinə qədər qüvvədə olan möhtəşəm endirim kampaniyası da yeni filialda müştəriləri gözləyir. Marketdə meyvə və tərəvəzdən sonra, toyuq ətində, kolbasalarda, yağlarda, şirniyyatlarda süd məhsularında, elektrik avadanlıqlarında və təmizlik vasitələrində endirimlər, hədiyyələr olacaq. Otomatik alternatif metin yok.