
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) fəaliyyət istiqamətləri üzrə, eləcə də qida sahəsində ictimai məlumatlılığın artırılması istiqamətində maarifləndirici tədbirləri davam etdirir. Növbəti belə tədbir Azərbaycan Tibb Universitetinin (ATU) V və VI kurs tələbələri üçün təşkil olunub.
İnstitutdan Foodinfo.az-a verilən məlumata görə, tədbirdə tələbələrə AQTİ-nin fəaliyyəti barədə geniş məlumat verilib. Qeyd olunub ki, qurumun əsas məqsədi insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir. Bu məqsədlə İnstitutun müasir infrastruktura malik laboratoriyalarında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı göstəriciləri üzrə elmi-praktiki araşdırmalar, tədqiqatlar aparılır, kompleks müayinələr, laborator analizlər, sınaq işləri həyata keçirilir.
Həmçinin aparılan elmi fəaliyyətdə ixtisaslı mütəxəssislərin formalaşadırılması, kadr potensialının peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyi də vurğulanıb. Bildirilib ki, bu istiqamətdə təcrübə mübadilələrinə xüsusi diqqət yetirən AQTİ yüksəkixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işlərinin aparılmasına da köməklik göstərir.
Tədbir gələcək məzunların müvafiq sahə üzrə suallarının cavablandırılması ilə yekunlaşıb.
[gallery ids="47379,47380,47381"]