Şəkərli çay və ya qəhvə içməyi sevənlər üçün çox pis xəbər var. Foodinfo.az bildirir ki, şəkər kollageni zədələyir və dərini vaxtından əvvəl qocaldır.

Qidalanma vərdişləri həm orqanizmin ümumi vəziyyətinə, həm də dərinin vəziyyətinə təsir göstərir.

Şəkər dərinin elastikliyini qoruyan zülal olan kollagenə zərər verə bilər.

Kollagen qırılmağa meyllidir, hüceyrələri "şirinləşdiyindən" daha sərt olur. Bu şəkərli molekullar qabaqcıl qlikasiyanın son məhsulları kimi tanınır və elm adamları onların müxtəlif xəstəliklərin inkişafına təsir göstərə biləcəyinə və dərinin sürətlənmiş qocalmasına töhfə verə biləcəyinə inanırlar.

Fərid