Bədəndə B12 vitamini çatışmadıqda orqanizmdə ciddi problemlər yarana bilər.

Foodinfo.az xəbər verir ki, bu vitamin çatışmazlığı qıcolma, iflic, o cümlədən sidik və nəcis saxlamamaya, həmçinin yaddaş itkisinə və demensiyaya gətirib çıxarır.

Bədənində bu vitamin olmayan insanlar solğun və ya sarımtıl dəri tonu ola bilər. Eyni zamanda, zəiflik və yorğunluqdan şikayət edə bilər.

B12 vitamini çatışmazlığını kompensasiya etmək üçün mal əti və toyuq qaraciyəri, balıq, yumurta kimi məhsulların istifadəsi tövsiyə olunur.