
Bu gün Azərbaycanda koronavirus infeksiyasına
3 169 yeni yoluxma faktı qeydə alınıb,
1 404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Foodinfo.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19-dan
26 nəfər dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə
87 163 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
60 869 nəfər müalicə olunaraq sağalıb,
1 079 nəfər vəfat edib, aktiv xəstələrin sayı
25 215 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
13 618, ötən müddət ərzində isə ümumilikdə
1 576 060 test aparılıb.