Alkoqol, narkotik maddələr və konservantlar qaraciyərin əsas düşmənləridir. Onlar mədə-bağırsaq traktından orqanizmə daxil olur və insanın əsas orqanlarından birini məhv edir. 

Foodinfo.az xəbər verir ki, bu barədə terapevt Anastasiya Timoşenko NEWS.ru-ya müsahibəsində danışıb.

O bildirib ki, qida boyaları, dadlandırıcılar və konsistensiya artırıcılar konservantlara aiddir.

Həkimin sözlərinə görə, doymuş yağlar və şəkər də qaraciyəri məhv edir. Bu komponentlər yağlı qaraciyər xəstəliyinə səbəb olan "Qərb rasion variantını" təşkil edir. 

Timoşenko, həmçinin, dərmanların da mənfi təsirini qeyd edib.

Nurlan