Dietoloqlar maddələr mübadiləsi sürətinin dəyişdiyi payız günlərində əksər insanlarda görülən yorğunluğa qarşı məsləhətlər veriblər.

 Foodinfo.az xəbər verir ki, mütəxəssislər qeyd ediblər ki, payızın son ayında orqanizmin qışa hazırlığı, xəstəliklər, immunitetin zəifləməsi, havaların erkən qaralması və soyuması ilə yaranan hərəkətsizlik və yorğunluq kimi problemlər yarana bilər. 

Havalar soyuduqca bədəninizin temperatur dəyişikliyinə uyğunlaşmaq üçün sərf etdiyi enerjini azalda, qəbul etdiyiniz və xərclədiyiniz kaloriləri tarazlaşdırmağa çalışa bilərsiniz.

Soyuq hava su istəyinizi azalda bilər, ancaq 35ml/kq su istehlak etməyə çalışın.

Artan karbohidrat istəyinizi yeməklərinizdə balanslaşdırılmış zülal tərkibi ilə yatıra, meyvə və qoz-fındıq ilə qəlyanaltılar sınaya bilərsiniz. 

Həftədə ən az 2-3 dəfə fiziki fəaliyyət etməyə çalışın.

Mövsümün rəngarəng meyvə və tərəvəzlərini istehlak edərək vitamin, mineral və lif qəbul etmək immunitetinizi gücləndirəcək.

 Zərdəçal, zəncəfil, bal, bitki-meyvə çayları qəbul edə bilərsiniz. Onlar immunitetiniz üçün yaxşı bir alternativ olacaq.