Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiyanın “aclıq oyunları” oynamaması üçün Cənub-Şərqi Asiya ölkələrini Ukrayna taxılının dünya bazarına tədarükü ilə bağlı bütün mümkün tədbirləri görməyə çağırıb.
Foodinfo.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində bildirib.
D.Kuleba qeyd edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov onunla görüş istəməyib. O, həmçinin vurğulayıb ki, Rusiya bütün danışıqlara vicdanla yanaşmalıdır.