Koronavirus infeksiyanın qida yolu ilə ötürülə biləcəyi məlum olub. Əsas təhlükə, əlavə termik emala ehtiyac olmayan tərəvəz və meyvələrdir. Foodinfo.az xəbər verir ki, mütəxəssislər, alınan tədbirlərlə baxmayaraq, koronavirusa yoluxmağın mümkün olduğunu düşünürlər. Məsələn, yoluxmuş bir adam mağazadakı almanın üzərinə asqırırsa bunu bir başqası yesə bu yolla virusa yoluxa bilər. Onların fikrincə, qablaşdırmada olan məhsullar da koronavirusun nəzəri daşıyıcısıdır, çünki virus bir müddət səthlərdə yaşaya bilir. Mütəxəssislər müştərilərin mağazalardan gətirdikləri hər hansı bir qidanı dezenfeksiya etməyi tövsiyə edirlər. Xatırladaq ki, koronavirus 1-3 dəqiqə müddətində + 149 ° C temperaturda məhv olur. Buna görə də istifadədən əvvəl tərəvəz və meyvələr mütləq şəkildə dezinfeksiyaedici maddələrlə suda yuyulmalıdır. (ölkə.az)