Noyabrın 13-dən 19-dək Nayrobidə (Keniya) plastik, o cümlədən dəniz mühitində çirklənmə ilə mübarizə üzrə beynəlxalq müqavilənin hazırlanması üzrə Hökumətlərarası Danışıqlar Komitəsinin üçüncü sessiyası keçirilib.

Sessiyada davamlı inkişaf, insan sağlamlığının və ətraf mühitin mühafizəsi, o cümlədən canlı əhalinin və gələcək nəsillərin sağlamlıq və ətraf mühit maraqlarının nəzərə alınması ilə bağlı müddəalar müzakirə edilib.

Əsas məqsəd plastikin öyrənilməsi və onun insan sağlamlığına, biomüxtəlifliyin qorunmasına və iqlim dəyişikliyinə təsirini araşdırmaq və bu istiqamətdə tədbirləri həyata keçirməkdir.

Nurlan