2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 656,4 milyon manat təşkil edib. Foodinfo.az-ın məlumatına görə, kənd təsərrüfatı məhsullarının 629,0 milyon manatı heyvandarlıq, 27,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,6 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 12,7 faiz, heyvandarlıq məhsulları üzrə isə 3,2 faiz artıb. Təsərrüfatlarda yanvar-fevral aylarında 31,6 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 15,7 faiz çox tərəvəz məhsulları istehsal edilib. 2020-ci ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 82,9 min ton ət, 309,7 min ton süd, 315,7 milyon ədəd yumurta istehsal edilib, 2019-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,9 faiz, süd istehsalı 1,6 faiz, yumurta istehsalı 11,6 faiz artıb.
Son xəbərlər
- Dondurulmuş çörəyin faydaları nələrdir?
- Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə festivalda iştirak edib
- Yuxu üçün ən yaxşı və ən pis qidalar
- Hər kəsin evində olan bu tərəvəzləri yeməmək daha yaxşıdır
- Bədənin normal işləməsi üçün nə qədər su içmək lazımdır?
- Qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırıldı