Bu ilin yanvar-mart aylarında Azərbaycan 3,4 milyon ABŞ dolları dəyərində 2,1 milyon ton süd idxal edib Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 588 min dollar (20,9%) çox və 21,5 ton (1%) azdır. Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0,1%-ni təşkil edib.