Bir çox insanlar səhərlərini bir fincan ətirli qəhvəsiz təsəvvür edə bilmir, bəziləri isə bu içkidən tamamilə imtina edirlər. Ona görə də bu məhsulun nəyə qadir olduğunu anlamağa dəyər.

Foodinfo.az saytı qəhvənin xüsusiyyətləri haqqında, eləcə də ona südün əlavə edilməsi barəsində yazını təqdim edir.

Südlü və ya südsüz?

Təəssüf ki, süd qəhvədə olan bəzi dəyərli qida maddələrinin, məsələn, xərçəng, yaşlanma və iltihab əleyhinə xüsusiyyətlərə malik antioksidant olan xlorogen turşusunun sovurulmasına mane olur. Bu səbəbdən də, qəhvəni məhz belə xüsusiyyətlərinə görə içirsinizsə, süd əlavə etməyin.

Qəhvənin başqa hansı xüsusiyyətləri var?

Qəhvə yalnız əla enerji mənbəyi deyil, onun tərkibində çoxlu miqdarda B2 və B5 vitaminləri, həmçinin niasin, kalium, maqnezium və marqanis (elmi adı kalium-permanqanat)  mövcuddur. Qəhvənin icazə verilən miqdarı susuzlaşdırıcı təsir göstərmir.

Əgər gündə dörd stəkandan çox içirsinizsə, qəhvə sağlamlığınız üçün faydalıdır (qan təzyiqiniz yüksək olmadığı surətdə).

Qəhvə kalsiumu yuyub aparır, lakin bu, yalnız qara qəhvəyə aiddir. Südlü qəhvə belə bir effekt vermir. Buna görə səhər yeməyi üçün bir fincan latte əla seçimdir.

Qəhvə çöküntüsü bədən skrabı kimi istifadə edildikdə dərini hamar edir. Həmçinin, qəhvə çöküntüsü orxideya gülü üçün əla gübrədir.

Qəhvə az kalorili içkidir. Süd və şəkər əlavə etmək adətən onun kalorisini artırır. Espresso da rahat həzm olunur, lakin onu acqarına içməmək daha yaxşı olar.

Nərmin