Profilaktik diyetoloq, bədənin bərpasına funksional yanaşma və naturopatik üsullar üzrə mütəxəssis Dmitri Semiryadov arıqlamaq üçün protein qidalarının istehlakını artırmağı məsləhət görüb.

Foodinfo.az xəbər verir ki, o, "Rossiyskaya qazeta"ya müsahibəsində bildirib ki, bunlara ət, quş əti, balıq, yumurta, kəsmik, paxlalılar daxildir.

Mütəxəssisin qeyd etdiyi kimi, zülalla zəngin pəhrizə riayət etmək aclığı 16% azaldır, gündəlik toxluğu isə 25% artırır.

Semiryadovun sözlərinə görə, iştahanın artması zülalın tərkibində olan amin turşularının çatışmazlığı olanda baş verir.

“Triptofan amin turşusu “xoşbəxtlik hormonu” serotoninin əmələ gəlməsi üçün lazımdır. Əgər kifayət qədər deyilsə (insan az protein yeyir), serotonin azalır, bu da əhval-ruhiyyənin və rifahın pisləşməsinə səbəb ola bilər, həmçinin şirniyyatlara, nişastalı qidalara və s. həvəsi artırır”, - diyetoloq bildirib.

Nurlan