Zökəm və yaxud qrip zamanı istifadə olunan bir çox vasitələr var. Bu resept də faydalı reseptlərdəndir, çünki qeyd olunan bütün bitkilər bədəni tərlədir, yumşaldır, qanı duruldur və sakitləşdirici bir təsir göstərir. Məkkəgülü (hibiskus) – 30 qram Cökə – 100 qram Kəklikotu – 50 qram Nanə – 30 qram Ballı nanə (melissa) – 30 qram Yerli qara çay –200 qram Tərkib hissələrini bir-birinə qarışdırın, sonra 3 xörək qaşığı 6 stəkan su tutan çaynikdə dəmləyin, zoğal və yaxud moruq mürəbbəsi ilə için. Tövsiyə edirəm ki, bədən tərləyincə, hətta gün ərzində 10-15 stəkana qədər içəsiniz. Çayın çox gözəl dadı var. (faktxeber.com)