Şərqi İngiltərə Universitetinin mütəxəssisləri koronavirusdan ölənlərin ortaq xüsusiyyətlərini araşdırıblar. XeberOxu.Az-ın məlumatına görə, araşdırma nəticəsində koronavirusdan ölənlərin böyük əksəriyyətində D vitamini əksikliyi ortaya çıxıb. 20 fərqli ölkədə aparılan araşdırmalar nəticəsində hazırlanan rəydə qeyd edilib ki, bununla belə D vitamininin əksikliyi ölüm səbəbi olaraq qəbul edilməməlidir: "D vitamini səviyyəsinin yüksəldilməsinin ölüm riskini aşağı salmasını söyləmək hələ tezdir", - deyə mütəxəssislər vurğulayıblar. Araşdırmaçılar qeyd ediblər ki, karantin günləri olduğundan insanlar Günəş şüası qəbul edə bilmirlər və bu səbəbdən də D vitamini əksikliyi müşahidə edilir. Tövsiyə edilib ki, hər gün insan ən az 10 mikroqram D vitamini qəbul etməlidir.