D vitamini orqanizmdə bir çox müxtəlif funksiyaları yerinə yetirir. Bu funksiyalardan biri immun sistemini virus və infeksiya xəstəliklərinə qarşı davamlılığını artırmaqdır. Koronavirus epidemiyası zamanı bu çox vacibdir. D vitamini əslində gün şüaları təsirindən orqanizmdə sintez olunan çox vacib proqormondur. Mütəxəssislər hesablayıblar ki, D vitamininin orqanizmdə defisiti 36 orqanın fəaliyyətinə mənfi təsir edir. Bir çox hallarda insanlar onun defisitinin simptomlarını bilmir. Saglamolun.az tanınmış Health jurnalına istinadla oxucularını bu simptomlarla tanış edir. - Oynaqlarda ağrılar. D vitaminin defistiti oynaqlarda iltihabın riskini artırır ki, bu da oynaqlarda ağrılar və narahatçılığa səbəb olur. - Tez-tez təkrarlanan infeksiyalar. D vitamini immunitetin fəaliyyətində böyük rol oynayır, immunitetin viruslara qarşı davamlılığını artırır. Bu səbəbdən D vitamininin çatışmazlığından əziyyət çəkən insanlarda qripp və digər virus xəstəliklərinə tez-tez təsadüf edilir. - Osteoporoz. Bu xəstəlik zamanı sümük toxuması zəifləyir, sümüklərin sıxlığı azalır, sümüklər kövrək olur. D vitamini orqanizmdə kalsiumun mənimsənilməsini təmin edir. D vitamininin defisiti zamanı kalsium yaxşı mənimsənilmir. Bildiyimiz kimi, kalsium sümüklərin əsas “tikinti materialı”dır. Sümüklər daim yenilənir və bunun üçün onlara daim kalsium lazımdır. Kalsiumun çatışmazlığı sümüklərin zəifləməsinə gətirib çıxardır. - Yorğunluq. - Depressiya. D vitamininin çatışmazlığı tez-tez depressiyanın inkişafı ilə əlaqələndirilir. - “Səbəbsiz” əzələ ağrıları. - Saçların tökülməsi. Yeni araşdırmalar göstərib ki, ocaqlı allopesiya (saçların hissəvi şəkildə tökülməsi) orqanizmdə D vitamininin defisiti ilə əlaqəlidir. D vitamininin əsas "mənbə"yi gün şüalarıdır. Həmçinin D vitamini az miqdarda yumurta, süd məhsulları, balıq, göbələk kimi qida məhsullarında da var. Saglamolun.Az