Çinin kiberməkan tənzimləyicisi, Çinin Kiberməkan Administrasiyası (CAC) 18 yaşdan kiçik uşaqların smartfonlardan istifadəsini gündə maksimum iki saatla məhdudlaşdıran yeni qaydanı işə salmaq istəyir. 

Foodinfo.az xəbər verir ki, bu addım texnologiya şirkətlərinin səhmlərinin kəskin şəkildə düşməsinə səbəb olub.

CAC smart cihaz satıcılarından 18 yaşdan kiçik istifadəçilər üçün saat 22:00-dan səhər 6:00-a qədər İnternetə çıxışı bloklayan proqramları quraşdırmağı tələb edir. Bundan əlavə, gün ərzində smartfonlardan istifadəyə məhdudiyyətlər qoyulacaq.

Təklif olunan islahatlara əsasən, 16-18 yaş arası istifadəçilərə gündə iki saat, 8-16 yaşlılara isə bir saat smartfondan istifadə etmək icazəsi veriləcək. Səkkiz yaşından kiçik uşaqlar üçün səkkiz dəqiqəlik icazə olacaq. Lakin valideynlərə bu məhdudiyyətlərindən imtina etmək seçimi veriləcək.

Ekspertlərin gözləntilərinə görə, bu qaydaların tətbiqi internet şirkətləri üçün çətin olacaq, çünki bu, böyük səylər və əlavə xərclər tələb edəcək.

Leyla