Bəzi toxumlar xolesterol, qan təzyiqi və qan şəkərini tənzimləyərək ürəyin fəaliyyətini qorumağa kömək edir. Foodinfo.az Health.com saytına istinadla xəbər verir ki, mütəxəssislər altı növ toxumu ürək sağlamlığı üçün pəhrizə daxil etməyi tövsiyə edirlər.
Lif və maqniyumla zəngin olan kətan toxumu xolesterolu azaldır və omega-3 yağ turşuları sayəsində ürək xəstəlikləri riskini aşağı salır. Çia toxumu isə yüksək lif, kalsium və maqniyum tərkibi ilə xolesterolu balanslaşdırır və “yaxşı” HDL səviyyəsini artırır. Balqabaq və günəbaxan tumları damarları qoruyur, qan təzyiqini normallaşdırır, həmçinin qan şəkərini tənzimləyir.
Susam toxumu və kənop tumları isə maqniyum, kalsium və omega-3 ilə zəngindir, iltihabı azaldır və lipid səviyyəsini tənzimləyir. Ürək üçün faydalı toxumları qəbul edərkən miqdarına diqqət yetirmək vacibdir, çünki bəziləri kalorili və duzlu ola bilər ki, bu da təzyiqi artıra bilər.






