Rosstatın məlumatına görə, bu ilin yanvarın 23-dən 29-na kimi Rusiyada toyuq yumurtasının qiyməti 1% azalıb.

Bundan əlavə, Rosstatın məlumatına görə, həftə ərzində Rusiyada toyuq əti, donuz əti, günəbaxan yağı, pomidor, qarabaşaq yarması, həmçinin uşaq qidası üçün konservləşdirilmiş meyvə və giləmeyvə qiymətləri ucuzlaşıb.

Daha əvvəl Rosstat 2024-cü il yanvarın 16-dan 22-dək Rusiyada toyuq yumurtasının qiymətlərinin 1,4% ucuzlaşdığını bildirmişdi.

Yanvarın 19-da Rosselxoznadzor 2024-cü il yanvarın 19-na Azərbaycandan Rusiyaya idxal edilən toyuq yumurtalarının sayının 3 milyona çatdığını açıqlayıb.

Leyla