Ramazan ayında sağlam qidalanmaq, orqanizmin ehtiyacı olan vitamin və mineralları təmin etmək üçün düzgün qida seçimi etmək lazımdır. 

Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 

Mütəxəssislər düzgün qidalanma zamanı ehtiyacımız olan məhsullar arasında yumurtanı göstərirlər. Protein mənbəyi olan bu məhsul həmçinin tox qalmağımıza da kömək olur. Buğda çörəyi də bu mənada xüsusi ilə fərqlənir. Tərkibindəki kompleks karbohidratlar sayəsində qanda şəkəri tənzimləyir. Süd və süd məhsulları hər zaman olduğu kimi Ramazanda da istifadə olunmalıdır. Sahurda istifadə etdiyimiz südün həzmi gün ərzində davam edəcəyi üçün qanda şəkər miqdarının azalmasının qarşısını alır və əzələ itkisini əngəlləyir. Meyvələr zülal tərkibləri ilə tox qalmağımızı təmin edir, tərkiblərindəki antioksidantlar vasitəsilə isə bir çox xəstəliyin qarşısını alırlar.

Nurlan