
Veysəloğlu Şirkəti icarə və müqavilələr üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Foodinfo.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
İş təcrübəsi: 1 il iş təcrübəsi
Təhsil: Ali (Hüquq təhsili üstünlükdür)
İxtisas Bilikləri və Bacarıqlar:
Daşınan və daşınmaz əmlak üzrə biliklər üstünlükdür
Müqavilələr üzrə iş təcrübəsi üstünlükdür
Kompyuter Bilikləri: MS Excel
Vəzifə funksiyaları:
Ehtiyaclara uyğun Bakı və regionlarda lokal ofislərin, evlərin, anbarların, həmçinin elektrokarların axtarışı, qiymət danışıqları, müqavilələrin bağlanması və icarəyə götürülməsini həyata keçirmək;
İcarə müqavilələrinə müvafiq periodik ödənişlərin və digər razılaşdırılmış şərtlərin icra edilməsinə nəzarət etmək;
Şirkət balansında olan daşınmaz və ya daşınar vəsaitlərin vaxtaşırı sığorta və digər şirkət əhəmiyyətli məqsədlər üçün qiymətləndirilməsini həyata keçirmək və ya qiymətləndirmə xidmətini satın almaq;
Keçirilən tenderlərin və təkliflər sorğularının arxivləşməsini təmin etmək;
Tender qalibləri ilə müqavilələrin bağlanmasını təmin etmək;
Bağlanmış müqavilələri nəzarətdə saxlamaq, qüvvədə olma vaxtı bitmiş müqavilələrin yenilənməsini təmin etmək;
İş qrafiki: 5 günlük / 08:00-18:00
Yaş həddi: 25- 40
İş yeri: Bakı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini
[email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "İcarə və müqavilələr üzrə mütəxəssis" qeyd edilməsi xahiş olunur.