Mərci tərkibindəki sağlam komponentlər sayəsində insan həyatına faydalı olan paxlalılar arasında yer alır.

Hər yeməyə fərqli dad verən mərciməkləri konservləşdirərkən müxtəlif üsullara müraciət edilir. Düzgün saxlanıldıqda mərcini kifayət qədər uzun müddət istifadə etmək olar. Bu toxumların əsas fərqləndirici xüsusiyyəti nəm udma qabiliyyətidir. 

Foodinfo.az xəbər verir ki, paxlalılar nəmə qarşı yüksək dayanıqlı olsalar da, onları xüsusi şəkildə qorumaq son dərəcə vacibdir. Nəmə qarşı həssas olan bulqur, düyü, lobya və ya mərcimək kimi paxlalıları qoruyarkən bəzi məqamlara əməl edilməlidir.

Bu məsələlərin başında mərciməkləri qoruyarkən saxladığınız şüşə qaba 1 xörək qaşığı duz əlavə etmək nəmlik və ya kif əmələ gəlməsinin qarşısını alacaq.Mərciməkləri saxladığınız şüşə qaba duz əlavə etmək həşəratların da qarşısını alacaq.