Massaçusets Ümumi Xəstəxanasının alimləri müəyyən ediblər ki, fiziki fəaliyyət zamanı sintez olunan irisin hormonu Altsheymer xəstəliyinin yaranma riskini azalda bilər.

Bu barədə araşdırma “Neuron” jurnalında dərc olunub.

Altsheymer xəstəliyinin əsas əlaməti beta-amiloid proteininin aqreqatlarının yığılmasıdır. Tədqiqatlar göstərdi ki, məşq fiziki çalışmalar xəstəliyin yaranma riskinia azaldır.