İsveçin İyrənc Yeməklər Muzeyinin təşkil etdiyi müsabiqə zamanı 71 yaşlı Sune Valentin Norlin iyrənc qoxusu olan turşu siyənək balığı yeyərək rekorda imza atıb. 

 Foodinfo.az xəbər verir ki, bu barədə "Guinness World Records" məlumat yayıb.

Belə ki, Norlin "sürstremminq" adlanan konservləşdirilmiş turşu siyənək balığından bir dəqiqə ərzində 392,7 qram yeyib. Bir çox insanların bu yeməyin elə bir tək iyindən ürəkləri bulanır. Dəhşətli üfunət qoxusundan əlavə, balıq xoşagəlməz, sürüşkən bir quruluşa və qəribə dada malikdir.

Müsabiqənin təşkilatçıları iştirakçılara lazım olacağına əmin olduqlarına görə əvvəlcədən qusma üçün vedrələr hazırlayıblar. Lakin rekordçuya bunlar lazım olmayıb. 26 saniyə ərzində o, 200 qram çəkidə olan birinci porsu bitirərək ikincisinə keçib və yalnız dünya rekordunu qırdığını öyrəndikdən sonra dayanıb. 

"Balığı sadəcə olaraq udmaq lazımdır", - deyə o, taktikasını izah edib.